Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatının biletləri satışa çıxarılıb
21 may - 1 iyun aralığında Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatının biletləri satışa çıxarılıb. SİA xəbər verir ki, oyunları izləmək istəyən azarkeşlər “iTicket” platformasında biletləri əldə edə bilərlər.
Açılış mərasimi mayın 21-də, saat 19:00-da Milli Gimnastika Arenasında start götürəcək. Açılış mərasimində türkiyəli məşhur müğənni Aleyna Tilki, Azərbaycanın Xalq artisti Aygün Kazımova çıxış edəcəklər.
Azərbaycan yığması 32 komandanın iştirak edəcəyi mundialın A qrupunda Sloveniya, Mavritaniya və Bəhreynlə mübarizə aparacaq.
Digər qrupların tərkibi aşağıdakı kimidir:
B qrupu
Rumıniya
Fransa
Çad
Özbəkistan
C qrupu
Macarıstan
Ukrayna
İngiltərə
Türkiyə
D qrupu
Slovakiya
Bolqarıstan
Portuqaliya
Hindistan
E qrupu
Meksika
Monteneqro
Tayland
Kosta Rika
F qrupu
Qazaxıstan
ABŞ
Bosniya və Herseqovina
Polşa
G qrupu
Çexiya
Gürcüstan
BƏƏ
Argentina
H qrupu
Serbiya
Qana
İspaniya
İsrail
Bütün xəbərlər Facebook səhifəmizdə