“Onun finalda verdiyi qərar böyük cəsarət tələb edirdi” - Tərlan Əhmədov NƏLƏR DANIŞDI?
"Tofiq Bəhramovun 1966-cı ildə verdiyi qərar dünyada indiyədək müzakirə olunur". SİA xəbər verir ki, bu sözləri veteran futbolçu Tərlan Əhmədov Azərbaycanın əfsanəvi futbol hakimi Tofiq Bəhramovun 100 illiyi münasibətilə təşkil edilən yubiley matçından öncə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Tofiq Bəhramovun Almaniya və İngiltərə arasında keçirilən final matçında verdiyi qərar böyük cəsarət tələb edir: "Həm bu məsələ, həm onun həkimlik karyerası Azərbaycan idmanında böyük iz buraxıb. Ötən gün AFFA və Veteran Futbolçular İttifaqının təşkiatçılığı ilə mərasim də təşkil edildi. Bu gün də veteran futbolçular və jurnalistlər arasında keçirilən yubiley matçı Tofiq Bəhramova olan hörmətdən irəli gəlir".
Qeyd edək ki, “Tofiq Bəhramov 1993-cü il martın 26-da dünyasını dəyişib.
Bütün xəbərlər Facebook səhifəmizdə