Rusiyanı Azərbaycan və Ermənistanla nə bağlayır? - FAKTLAR

Dünyanın 2 qüdrətli fövqəldövlətindən biri olan Rusiya Federasiyası həm Azərbaycanla, həm də Ermənistanla bütün sahələrdə əməkdaşlığa malikdir. Siyasi, iqtisadi, elmi-texniki, hərbi, mədəni və humanitar əlaqələr bir ölkənin və xalqın digərinə münasibətinin formalaşmasında əsas rol oynayan faktorlardır. Bəs Rusiya ilə Azərbaycanın, Ermənistanın müxtəlif sahələrdə əməkdaşlığı, əlaqələri necədir? Dünən oxucularımıza hərbi sahədə əməkdaşlıq və hərbi texnika təchizatı ilə bağlı müqayisəli yazı təqdim etmişdik. Bu yazıda Rusiya dövlət və qeyri-hökumət orqanlarının məlumatları, rəsmi statatistik göstəricilər ilə bəzi digər sahələrdə müqayisələr aparacağıq.

Rusiyada azərbaycanlıların və ermənilərin sayı

Rusiyada azərbaycanlıların sayı ermənilərdən 2 dəfə çoxdur, ölkədə 2 milyondan artıq azərbaycanlı, 1 mlyondan artıq erməni yaşayır.
Azərbaycanlıların daha sıx yaşadığı yerlər Tümen, Dağıstan, Xabarovsk və Moskva regionlarıdır.
Ermənilərin 50 faizə yaxını Rusiyanın cənubunda yaşayır- Krasnodar, Stavrapol və Rostov vilayətlərində. Sonrakı yeri Moskva turur.

Ruslar hansı ölkədə daha çox yaşayır?

Rusların sayı Azərbaycanda Ermənistanda olduğundan 10 dəfə çoxdur. Azərbaycanda 120 mindən artıq rus yaşayır. Burada rusların kompakt yaşadığı kəndlər var, paytaxtda rus dram teatrı, 350 dən çox rusdilli məktəb, universitet, provaslav kilsəsi, mədəniyyət evi və s. sosial-mədəni obyektlər fəaliyyət göstərir, rus dilində qəzet və jurnalları çıxır, tv və radio verilişləri yayımlanır.
Ermənistanda isə rusa rast gəlmək çətindir. Burada əhalinin 99 faizə yaxını ermənidir. Ölkədə rəsmi olaraq 12 min rus qeydiyyatdadır ki, onların da çoxu faktiki olaraq Rusiyaya və ya Avropaya köçüb. Ölkədə rus icmasına məxsus demək olar ki, heç nə yoxdur.

Rusiya kiminlə daha çox ticarət edir?

2019-cu ildə Rusiyanın Azərbaycanla ticarət dövriyyəsi Ermənistandan 600 milyon dollar çox olub.
Rusiya Azərbaycana ixracında əsasən qida sənayesi məhsulları, maşın və texnika malları, nəqliyyat vasitələri, tibbi texnika və pereparatlar, aqrar texnika və kənd təsərrüfatı məhsulları, müxtəlif metallar və tikinti materialları üstünlük təşkil edir. Azərbaycandan idxalda isə əsasən, müxtəlif ərzaq məhsulları, kimya məhsulları, mineral maddələr, tekstil və dəri məmulatları idxal edir.
Rusiya Ermənistana əsasən, mineral məhsullar, nəqliyyat vasitələri və qida məhsulları ixrac edir. Ermənistandan idxalda isə qiymətli metallar də daşlar üstünlük təşkil edir.

Rusiyanın iqtisadi və investisiya göstəriciləri

Rusiya Azərbaycan iqtisadiyyatına 5 milyard dollardan artıq investisiya yatırıb. Ermənistana isə 2 milyard dollar civarında.
Azərbaycanda Rusiya kapitallı şirkətlər 1000-ə yxındır ki, bu bütün xarici kapitallı şirkətlər arasında 10 faiz təşkil edir. Azərbaycanda işləyən ən böyük Rusiya şirkətləri "Qazprom", "Transneft" və "Lukoyl"dur. Rusiyadan ən çox neft alan 20 şirkət arasında ARDNŞ də var (2,2 milyon ton- 1 milyard dollar dəyərində). ARDNŞ Rusyadakı Antipinskiy neftayırma zavodunda 9,6 faiz paya malikdir.
Ermənistanda işləyən Rusiya şirkətlərinin sayı 2 mindən çoxdur. Ən böyükləri "Qazprom", "Rusiya Dəmiryolları", BTB", "Rusal" və Rosatom"dur.

Rusiyalılar hansı ölkəyə daha çox gedib-gəlir?

Rosturizm Agentliyinin məlumatına görə, vətəndaşları Rusyaya daha çox və tez-tez gedib-gələn ölkələr arasında Azərbaycan 4-cü yeri tutur.
Ermənistan bu göstəricidə 9-cu yeri tutur.
Azərbaycan rusiyalıların gedib-gəldiyi ölkələr arasında 17-ci yeri, Ermənistan isə 21-ci yeri tutur.
Müxtəlif sorğulara görə, müxtəlif səbəblərdən xarici ölkələrə gedib-gələn rusiyalırın bəyəndikləri ölkələr və xalqlar arasında Azərbaycan Ermənistanı xeyli qabaqlayır.

Rusiyada təhsil alan və işləyənlərin müqayisəsi

Rusiya universitetlərində təhsil alan azərbaycanlıların sayı 15, 5 in nəfər, ermənilərin sayı 13,3 min təşkil edir.
2019-cu ildə Rusiyada işləməyə gedən azərbaycanlıların sayı 195 min nəfərə yaxın, ermənilərin sayı isə 210 min nəfərdən çox olub.
Göründüyü kimi, hərbi sahədə oıduğu kimi, digər sahələrdə də Azərbaycanla Rusiyanın əməkdaşlığı, humanitar və mədəni əlaqələri Ermənistanla olduğundan yüksəkdir.

Elçin Bayramlı

Yazıda Rusiya Dövlət Statistika Komitəsinin, həmçinin, bəzi sosioloji və iqtisadi tədqiqat mərkəzlərinin məlumatlarından istifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə