Elektron, yoxsa adi siqaret daha zərərlidir? - HƏKİM AÇIQLADI

"Siqaretlərin tərkibində 20-yə yaxın konsorogen maddə var. Lakin əsas maddə oradakı qətrandır. Bu da ağciyər üçün konsorogen sayılır. Siqaret çəkən şəxslərdə ürək-damar xəstəlikləri riski 2, xərçəng riski isə 20 dəfə artıq olur. Onların sidik kisəsində ağciyər və mədə xərçənginə daha çox rast gəlinir. Siqaretdən istifadə edənlərdə xərçənglə yanaşı, digər ağciyər xəstəlikləri və astma kimi hallara rast gəlinir. Onlarda damarlarlarda daralma olduğuna görə, insult, infarkt kimi xəstəliklər çox olur. Həmçinin, diabet riski də artır”. Bu sözləri SİA-ya açıqlamasında həkim endokrinoloq Emil Həsənov deyib.

Elektron siqaretlərə gəldikdə isə həkim bildirib ki, onların bir neçə növü var: “Nikotin və nikotinsiz olanlar. Nikotinli olanlardan siqareti tərgitmək üçün istifadə edirlər. Çünki bundan istifadə zamanı normal siqaretdən daha çox nikotinə məruz qalırlar.

Nikotinsiz növlər isə siqaret çəkən zaman verilən tüstünü similizasiya edir və buna görə tərcih olunur. Onların müxtəlif aromada olanları var”.

E.Həsənov bildirib ki, elektron siqaret normal siqaret qədər zərərli olmasa da, faydalı da deyil: “Belə ki, mədə-bağırsaq sisteminə zərər verir, mədə turşuluğu və mədə xorası riskini artırır, ağciyərə onların yağının damcı şəklində düşməsi və orada uzun müddət qalması burada müəyyən xəstəliklər yaradır. Bu daha çıx qıcıqlanma yaradaraq öskürəyə səbəb olur. Bura bronxal asma da aiddir.

Elektron siqaretin faydası yoxdur. Tək faydası siqareti tərgitmək üçün keçici metoddur. Həm elektron, həm də adi siqaret qırtlaq xərçəngi riskini artırır. Çünki qıcıqlanma yaradır".

Bütün xəbərlər Facebook səhifəmizdə