Hinton universal əsas gəlirin həyata keçirilməsinə çağırdı...

Dünya şöhrətli süni intellekt mütəxəssisi Ceffri Hinton Britaniya rəsmilərini süni intellektin yaratdığı iş problemlərini aradan qaldırmaq üçün universal əsas gəlir tətbiq etməyə çağırıb.

Hinton bildirib ki, süni intellekt inqilabından daha çox varlılar faydalanacaq, avtomatlaşdırıla bilən işlərdə olanlar isə gəlir mənbələrini itirəcəklər.

SİA-nın əldə etdiyi məlumata görə, BBC-yə müsahibəsində o, bütün bunların “cəmiyyət üçün pis” olacağını və nəticələrin yumşaldılması üçün hökumətlərdən müəyyən addımlar atmağı tələb edəcəyini vurğulayıb.

Hinton bu yaxınlarda Böyük Britaniya hökumətinin üzvləri ilə bu məsələ ilə bağlı məsləhətləşib və qanunvericilərə universal əsas gəlirin qəbul edilməsini nəzərdən keçirməyi tövsiyə ebib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə