“Yuventus”dan geridönüş

İtaliya A seriyasında 37-ci tura yekun vurulub.

SİA Qol.az-a istinadən xəbər verir ki, turun son matçında “Bolonya” öz meydanında “Yuventus”u qəbul edib.

Bürünc medal uğrunda mübarizə aparan kollektivlərin görüşü maraqlı alınıb. Matçın gedişində “Bolonya” 3 cavabsız qolla hesabda önə keçsə də, “Yuventus” geridönüş edə bilib.

“Bolonya” - “Yuventus” - 3:3
Qollar:
Rikkardo Kalafiori, 2 (1:0), Santiaqo Kastro, 11 (2:0), Rikkardo Kalafiori, 53 (3:0), Federiko Kyeza, 76 (3:1), Arkadiusz Milik, 83 (3:2), Kenan Yıldız, 84 (3:3)

Bu nəticədən sonra hər iki komanda xallarının sayını 68-ə çatdırıb. Topların daha yaxşı fərqinə görə “Bolonya” üçüncü, “Yuventus” isə dördüncüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə