İsrail şirkətləri Qarabağdakı sənaye parklarında investisiya layihələrinə dəvət edilib

İsrail şirkətləri Azərbaycanın iqtisadi zonalarında, o cümlədən işğaldan azad olunmuş ərazilərdə yerləşən sənaye parklarında investisiya layihələrinin icrasına dəvət edilib. SİA İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinə (İZİA) istinadən xəbər verir ki, bu barədə müzakirələr İZİA-nın İdarə Heyəti sədrinin müavini Fuad Məhərrəmovun İsrailin Azərbaycandakı səfirinin müavini Yoav Bistritskilə görüşündə aparılıb.

Bildirilir ki, F. Məhərrəmov ölkədə fəaliyyət göstərən iqtisadi zonalar, burada sahibkarlar üçün mövcud investisiya imkanları barədə məlumat verib, iqtisadi zonalarının təqdimatı keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə