Bu gün ilk dəfə Bakıda keçirilən güləş üzrə U-23 Avropa çempionatına start verilib.
SİA Qol.az-a istinadən xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşi üzrə 55, 63, 77, 87 və 130 kq-da mübarizə baş tutub. Xalçaya çıxan 5 güləşçimizdən ikisi finala yüksəlib. Daha ikisi isə bürünc medal uğrunda mübarizə aparacaq.
55 kq
Məsul yarışa 1/4 finaldan start verən Rəşad Məmmədov belaruslu Maksim Stupakeviçə tam üstünlüklə (9:0) qalib gələrək yarımfinala yüksəlsə də, finalın bir addımlığında gürcüstanlı Giorgi Toxadzeyə məğlub olub – 0:8. Məmmədov sabah bürünc medal uğrunda ukraynalı İvan Stefanskiylə güləşəcək. Bu çəkidə finalda isə Toxadzenin rəqibi türkiyəli Emre Mutlu olacaq.
63 kq
Ziya Babaşov polşalı Mairbek Səlimova 4:1 hesabıyla qalib gəldikdən sonra belaruslu Talibşo Xaybarovu tam üstünlüklə (8:0) məğlub edərək yarımfinala yüksəlib. Bu mərhələdə istailli Abere Fetene üzərində 5:3 hesablı əzmkar qələbə qazanan Babaşov 2 illik fasilədən sonra yenidən U-23 Avropa çempionatının finalına yüksəlib. Ziya çempionluq uğrunda moldovalı Vitali Yeriomenkoyla mübarizə aparacaq.
77 kq
Xasay Həsənli 1/8 finalda rusiyalı İsmayıl Baraxoyevdən güclü olub – 6:2. Ukraynalı İrfan Mirzoyevi (10:2) vaxtından əvvəl xalçadan məyus yola salan həmyerlimiz yarımfinalda prinsipial görüşə çıxıb. Ötən il U-23 Avropa çempionatının və dünya çempionatının finalında məğlub olduğu moldovalı Aleksandrin Qutudan (7:0) revanş alan Həsənli adını finala yazdırıb. Beləliklə, Xasay ardıcıl 3-cü dəfə U-23 Avropa çempionatının finalına vəsiqə qazanıb. Milli üzvü doğma arenada himnimizi səsləndirmək üçün türkiyəli Yüksel Sarıçiçek üzərində qələbə qazanmalıdır.
87 kq
Laçın Vəliyev təsnifat mərhələsində gürcüstanlı Açiko Bolkvadzeyə uduzub – 0:9. Bolkvadze finala yüksəlib və rusiyalı Aues Qonubova rəqib olub. Həmyerlimiz isə sabah təsəlliverici görüşdə rumıniyalı Patrik Qordonla qarşılaşacaq.
130 kq
Mübarizəyə 1/4 finaldan qoşulan Sərxan Məmmədov 1/4 finalda rusiyalı Dmitri Baborikoya 0:3 hesabıyla məğlub olub. Ən ağır çəkidə finalda Mixaylo Vişnivetski (Ukrayna) ilə Simon Laşlo (Macarıstan) üz-üzə gələcək.
Xasay Həsənli yarımfinalda moldovalı Aleksandrin Qutuya texniki üstünlüklə (7:0) qalib gələrək Avropa çempionatının finalına yüksəldi.
Bu gün həmçinin ilk dəfə Bakıda keçirilən U-23 Avropa çempionatının təntənəli açılış mərasimi keçirilib. Tədbirin aparıcıları qonaqları salamladıqdan sonra dövlət himni səsləndirilib. Daha sonra yarışla bağlı qısa məlumat verilib və mərasimin rəsmi hissəsində Dünya Güləş Birliyinin (UWW) Büro üzvləri Namiq Əliyevlə Karl-Martin Dittman çıxış edib. UWW Avropanın prezidenti vəzifəsini də icra edən Dittman Azərbaycan Güləş Federasiyasının vitse-prezidentinə UWW-nin xatirə hədiyyəsini təqdim etdikdən sonra yarışı açıq elan edib. Tədbirin bədii hissəsində isə “Talant şou” rəqs qrupu maraqlı kompozisiya ilə izləyicilərin zövqünü oxşayıb. Bununla da açılış mərasiminə yekun vurulub.
Xatırladaq ki, qitə birinciliyi mayın 26-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Xərçəngdən sonsuzluğa qədər...
Səhiyyə 21:44Teylor Svift səkkiz yaşlı pərəstişkarına gitara hədiyyə edib və...
Şou-Biznes 21:34Mazda yeniyetmələr üçün ən yaxşı avtomobidir..?
Texnologiya 21:23“Ürəyim tutulub, amma ərə getmərəm...”
Şou-Biznes 21:05Putin şəbəkənin əməliyyatlarını düzəltmək qərarına gəldi...
Texnologiya 20:53Ferrari, 20 ildən sonra mexaniki ötürücü qutusunu geri qaytarır...
Texnologiya 20:35Xurmanı həddindən artıq yemək niyə təhlükəlidir?
Səhiyyə 20:23Avropanın enerji qalxanı Ukraynada yaranır...
Dünya 20:05Həyat yoldaşım məni lağa qoyur...
Maraqlı 19:44ABŞ-da elmi-fantastik filmdən götürülmüş pikap təqdim edilib...
Texnologiya 19:35“Səni bəyənirəm, amma onu sevmirəm”...
Sosial 19:14Hətta nəfəs almağınız belə qıcıqlandırıcı olduqda...
Sosial 18:53Xəyallara yox...
Dünya 18:45Rəqəmlər yalan danışmır...
Dünya 18:25Yeni Moskvada benzin satışı məhdudlaşdırılıb...
İqtisadiyyat 18:23Neft artıq Kremli xilas etmir...
İqtisadiyyat 18:03Sabah BTQ dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə veriləcək
İqtisadiyyat 16:37Uşaqlarımızı Tik-tokdan QORUYAQ - təhlükə qapıdadır!
Sosial 16:27Qarabağ müharibəsi və yeni düzülüş - MEDİA
Siyasət 16:14İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisini qəbul edib
Siyasət 15:57Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
Texnologiya 15:51Bir neçə dərman vasitəsinin qiymətinin yuxarı həddi tənzimlənib
İqtisadiyyat 15:35AYNA: İstirahət günlərində 102 minə yaxın sərnişin mənzil başına çatdırılıb
İqtisadiyyat 15:19Qubanın üç kəndinin adı dəyişdirilib
Sosial 15:17Seçkidən əvvəlki son həftə - RAKURS
Siyasət 15:16Xərçəng peyvəndi sınaqları görünməmiş nəticələri
Dünya 15:13“Uşaqlıq həyatın ən saf və təmiz dövrüdür” - SORĞU
Sosial 14:53Böhran zamanı sakit və düzgün kommunikasiya
Səhiyyə 14:52“Baku Energy Forum” işə başlayıb
İqtisadiyyat 14:24Sabah Bakıda 23 dərəcə isti olacaq
Sosial 12:41Masallıda 14 kiloqram narkotik vasitə aşkarlanıb
Hadisə 12:40Kamran Əliyev Şəmkirdə vətəndaşları qəbul edəcək
Sosial 12:29BMT-nin Baş katibi İlham Əliyevi təbrik edib
Siyasət 12:28KTM: May ayında 85 nəfər zəhərlənib, 2-si ölüb
Hadisə 12:11ABŞ və Suriya prezidentləri arasında görüş keçirilib
Siyasət 11:18Emin Əmrullayev Gəncədə vətəndaşları qəbul edəcək
Təhsil 10:42Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9802
+0,16%
-
GBP
2,2878
-0,17%
-
RUB
2,3836
+0,17%



