Hindistanda avtomobilin dərəyə aşması nəticəsində 18 nəfər ölüb

Hindistanın mərkəzi hissəsindəki Çhattisqarh əyalətində avtomobilin dərəyə aşması nəticəsində azı 18 nəfər ölüb, yeddi nəfər yaralanıb. SİA “Hindustan Times” saytına istinadla xəbər verir ki, yerli polisin açıqlamasın görə, yaralılar xəstəxanaya yerləşdirilib. Qəza bu gün yerli vaxtla saat 13.45 radələrində baş verib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə