Peşəkar Çövkən Liqası ilə əlaqədar Binə Atçılıq Mərkəzində mətbuat konfransı keçirilib - YENİLƏNİB - FOTOLAR

Bu gün Peşəkar Çövkən Liqası ilə əlaqədar Binə Atçılıq Mərkəzinin Elit Events Hall zalında saat 11:30-da mətbuat konfransı keçirilib. SİA xəbər verir ki, mətbuat konfransında media nümayəndələri iştirak ediblər. Beynəlxalq Çövkən Federasiyasının prezidenti, Azərbaycan Atçılıq Federasiyasının vitse-prezidenti Bəhruz Nəbiyev liqanın qaydaları haqqında açıqlama verib.

O bildirib ki, yarışda 2024-cü ildə 10 komanda iştirak edəcək: "Liqa 21 may tarixində ilk oyunlara başlayacaq. Hər komanda digərləri ilə 2 dəfə üz-üzə gələcək. Ümumi 18 tur keçiriləcək. Xal prinsipi ilə bal veriləcək.

Qalib komanda üç xal, heç-heçə edən komandalar isə bir xal qazanacaqlar. Məğlub olan tərəf isə xal qazana bilməyəcək. Çempionatın son turu 3-4 dekabr tarixlərində keçiriləcək. Görüşlərin hər biri Binə Atçılıq Mərkəzində reallaşacaq".

Konfransda Peşəkar Çövkən Liqasının təfərrüatları və gələcək planlar haqqında geniş məlumatlar verilib.

Püşk nəticəsində ilk turda hansı cütlüklərin qarşılaşacağı müəyyənləşib.

"Sərhədçi" - "Ağstafa Dilbaz"

"Polad" - "Zəfər"

"Ömər" - "Embavud"

"Elit" - "Köhlən"

"Şirvan" - "Qarabağ"

Bakıda çövkən üzrə dünya çempionatı keçirilsə də, ilk rəsmi yarış builki sayılacaq.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə