“Qlobal təchizat zəncirlərində baş verən dəyişikliklər yeni investisiya imkanları yaradır” -PREZİDENT: İLHAM ƏLİYEV

“Qlobal təchizat zəncirlərində baş verən dəyişikliklər yeni investisiya imkanları yaradır” -PREZİDENT: İLHAM ƏLİYEV

Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir. Bu da yerli və xarici investisiyalar üçün gözəl bir fürsətdir.

SİA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə söyləyib.

“Güclü elektrik enerjisi potensialına malik olaraq biz iki istiqamətə baxırıq. İlk növbədə, biz bunu daxildə necə istifadə edək, süni intellekt üçün, data mərkəzlərinin yaradılması üçün. İkincisi, biz bunu necə ixrac edək”, - deyə dövlətimizin başçısı əlavə edib.

Prezident İlham Əliyev bildirib ki, qlobal təchizat zəncirlərində baş verən dəyişikliklər yeni investisiya imkanları yaradır. Onun sözlərinə görə, Azərbaycanın enerji potensialı, strateji coğrafi mövqeyi və formalaşan yeni bağlantılar ölkənin həm müasir texnologiyaların inkişafı, həm də enerji ixracının genişləndirilməsi baxımından əlavə imkanlarını artırır.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə