“Universitetlər əmək bazarının cari və perspektiv tələblərini nəzərə almalıdır“ -ANAR ƏLİYEV

“Universitetlər əmək bazarının cari və perspektiv tələblərini nəzərə almalıdır“ -ANAR ƏLİYEV

Universitetlər əmək bazarının cari və perspektiv tələblərini nəzərə almalıdır.

SİA xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ikinci günü çıxışında deyib.

Ali təhsil müəssisələri əmək bazarının cari və perspektiv tələblərini daha yaxşı nəzərə almalıdır.

Nazirin sözlərinə görə, şirkətlərin kadr hazırlığı prosesində daha fəal iştirakı və təhsil müəssisələri ilə əməkdaşlığın gücləndirilməsi zəruridir.

O qeyd edib ki, davamlı əməkdaşlıq mexanizmlərinin inkişafı qadınların iqtisadi imkanlarının genişləndirilməsinə, əmək bazarında iştirakının artırılmasına və sosial məsuliyyətin gücləndirilməsinə də şərait yarada bilər.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə