Sentyabrın 23-də Bərdə, Tərtər və Goranboyrayonlarında Ağsaqqallar Şuralarının hesabat-seçki konfransları keçirilib. Konfranslarda rayon ağsaqqallarının hesabat dövründəki fəaliyyətimüzakirə olunub, qarşıda duran vəzifələrmüəyyənləşdirilib və təşkilati məsələlərəbaxılıb.
SİA xəbər verir ki, ilk olaraq Bərdə Rayon AğsaqqallarŞurasının hesabat-seçki konfransı keçirilib.
Konfransda Respublika AğsaqqallarŞurasının sədr müavini, Milli Məclisin deputatıAğalar Vəliyev, Bərdə Rayon İcraHakimiyyətinin başçısı Vidadi İsayev, ŞuranınAparat rəhbəri Ramin Həsənli, rayon ağsaqqalları, ziyalılar, şəhid ailələrinin üzvləri, gənclər və ictimaiyyət nümayəndələri iştirakediblər.
Tədbirdən əvvəl iştirakçılar Ulu ÖndərHeydər Əliyevin abidəsini ziyarət edərək önünəgül dəstələri qoyublar. Konfransda Ulu Öndərin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyiuğrunda şəhid olan Vətən övladlarının vəhesabat dövründə vəfat etmiş ağsaqqallarınxatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən Vidadi İsayev Bərdə rayonununictimai və mədəni həyatında ağsaqqallarınxüsusi rolundan danışıb. O, ağsaqqalların milli-mənəvi dəyərlərin qorunması, adət-ənənələrinyaşadılması və gənc nəslin düzgün istiqamətdəformalaşdırılması istiqamətində fəaliyyətiniyüksək qiymətləndirib.
Daha sonra Bərdə Rayon AğsaqqallarŞurasının sədri Yaşar Zamanov hesabatməruzəsi ilə çıxış edib. Bildirilib ki, hesabatdövründə rayon ağsaqqalları ictimai tədbirlərdəfəal iştirak edib, milli-mənəvi dəyərlərin vəadət-ənənələrin qorunması, gənclərdəvətənpərvərlik hissinin gücləndirilməsi, maarifləndirici görüşlərin keçirilməsiistiqamətində fəaliyyət göstəriblər.
Respublika Ağsaqqallar Şurasının sədrmüavini, Milli Məclisin deputatı Ağalar Vəliyevçıxışında Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin və öz adındankonfrans iştirakçılarını salamlayıb. O, Bərdədəağsaqqallarla görüşməkdən məmnunluğunuifadə edib, ölkəmizdə həyata keçiriləngenişmiqyaslı quruculuq işlərindən vəAzərbaycan Ağsaqqallar Şurasının bölgələrdəartan fəaliyyətindən danışıb.
Ağalar Vəliyev Bərdə Rayon AğsaqqallarŞurasının hesabatını qənaətbəxş qiymətləndirib, rayon ağsaqqallarına təşəkkürünü bildirib vəgələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Konfransın sonunda təşkilati məsələlərəbaxılıb. Açıq səsvermə yolu ilə Yaşar Zamanov yenidən Bərdə Rayon Ağsaqqallar Şurasınınsədri seçilib. Onun təqdimatı əsasında rayonunictimai fəal və nüfuzlu ağsaqqallarından ibarətİdarə Heyəti və Təftiş Komissiyasıformalaşdırılıb.
Daha sonra Tərtər Rayon AğsaqqallarŞurasının hesabat-seçki konfransı keçirilib.
Konfransda Respublika AğsaqqallarŞurasının sədr müavini, Milli Məclisin deputatıAğalar Vəliyev, Tərtər Rayon İcraHakimiyyətinin başçısı Müstəqim Məmmədov, Şuranın Aparat rəhbəri Ramin Həsənli, rayon ağsaqqalları, ziyalılar, şəhid ailələrinin üzvləri, gənclər və digər ictimaiyyət nümayəndələriiştirak ediblər.
İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə güldəstələri qoyublar. Daha sonra Ulu Öndərin, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidolan Vətən övladlarının və hesabat dövründəvəfat etmiş ağsaqqalların xatirəsi bir dəqiqəliksükutla yad edilib.
Müstəqim Məmmədov çıxışında Tərtər rayonunda ağsaqqal sözünə və ağsaqqalnəsihətinə böyük hörmət göstərildiyini bildirib. O, ağsaqqalların rayonun ictimai həyatında fəaliştirak etdiklərini, milli-mənəvi dəyərlərinqorunması və gənc nəslin düzgünistiqamətləndirilməsində mühüm roloynadıqlarını vurğulayıb.
Tərtər Rayon Ağsaqqallar Şurasının sədriFaiq Məmmədov hesabat məruzəsində təşkilatınötən dövrdə həyata keçirdiyi işlər barədəməlumat verib. Qeyd olunub ki, rayon ağsaqqalları müxtəlif ictimai və maarifləndiricitədbirlərdə fəal iştirak edib, milli-mənəvidəyərlərin, adət-ənənələrin yaşadılması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi vəictimai həmrəyliyin möhkəmləndirilməsiistiqamətində fəaliyyət göstəriblər.
Respublika Ağsaqqallar Şurasının sədrmüavini Ağalar Vəliyev çıxışında ağsaqqallarıngənc nəslin tərbiyəsində mühüm rolundandanışıb. O, son illər boşanmaların artmasından, gənclərin bir qisminin müxtəlif mənfi vərdişlərəqurşanmasından narahatlığını ifadə edərək, buməsələlərdə ağsaqqalların üzərinə düşənməsuliyyətin daha da artdığını vurğulayıb.
Ağalar Vəliyev Tərtər Rayon AğsaqqallarŞurasının fəaliyyətini qənaətbəxşqiymətləndirib, rayon ağsaqqallarınatəşəkkürünü bildirib və qarşıdakıfəaliyyətlərində uğurlar arzulayıb.
Konfransın sonunda təşkilati məsələlərmüzakirə olunub. Açıq səsvermə nəticəsindəFaiq Məmmədov yenidən Tərtər Rayon Ağsaqqallar Şurasının sədri seçilib. Onuntəqdimatı əsasında rayonun ictimai fəal vənüfuzlu ağsaqqallarından ibarət İdarə Heyəti vəTəftiş Komissiyası formalaşdırılıb.
Daha sonra Goranboy Rayon AğsaqqallarŞurasının hesabat-seçki konfransı keçirilib.
Konfransda Respublika AğsaqqallarŞurasının sədr müavini, Milli Məclisin deputatıAğalar Vəliyev, Goranboy Rayon İcraHakimiyyətinin başçısı Məhərrəm Quliyev, Şuranın Aparat rəhbəri Ramin Həsənli, rayon ağsaqqalları, ziyalılar, şəhid ailələrinin üzvləri, gənclər və ictimaiyyət nümayəndələri iştirakediblər.
İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə güldəstələri qoyublar. Konfransda Ulu Öndərin, şəhidlərin və hesabat dövründə vəfat etmişağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Məhərrəm Quliyev çıxışında Goranboyrayonunda ağsaqqalların ictimai həyatdakıfəallığını qeyd edib. O, ağsaqqalların milli-mənəvi dəyərlərin qorunması, ailə və cəmiyyətmünasibətlərinin sağlamlaşdırılması, gənc nəslintərbiyəsi və ictimai həmrəyliyinmöhkəmləndirilməsində mühüm roloynadıqlarını bildirib.
Goranboy Rayon Ağsaqqallar Şurasınınsədri Rəddin Məmmədov hesabat məruzəsindətəşkilatın hesabat dövründə həyata keçirdiyiişlər barədə məlumat verib. Bildirilib ki, rayon ağsaqqalları ictimai və maarifləndiricitədbirlərdə fəal iştirak edib, gənclərlə görüşlərkeçirib, milli-mənəvi dəyərlərin və adət-ənənələrin qorunmasına, vətənpərvərlik hissiningücləndirilməsinə öz töhfələrini veriblər.
Ağalar Vəliyev çıxışında Respublika Ağsaqqallar Şurasının bölgələrdə fəaliyyətiningenişləndirilməsindən danışıb, Goranboy Rayon Ağsaqqallar Şurasının hesabatını qənaətbəxşqiymətləndirib. O, rayon ağsaqqallarının ictimaifəallığını yüksək qiymətləndirərək, qarşıdakıfəaliyyətlərində uğurlar arzulayıb.
Konfransın sonunda təşkilati məsələlərəbaxılıb. Açıq səsvermə nəticəsində Rəddin Məmmədov yenidən Goranboy Rayon Ağsaqqallar Şurasının sədri seçilib. Onuntəqdimatı əsasında rayonun ictimai fəal vənüfuzlu ağsaqqallarından ibarət İdarə Heyəti vəTəftiş Komissiyası formalaşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB