Qazaxıstan İslam sığortasının - takafulun inkişafına kömək edəcək...

Təkaful fondu vəsaitlərinin yalnız İslam prinsiplərinə uyğun aktivlərə investisiya qoyulması planlaşdırılır...
Qazaxıstan İslam sığortasının - takafulun inkişafına kömək edəcək...

...Qazaxıstan ayrıca hüquqi şəxs yaratmadan İslam sığorta məhsulları təklif edəcək sığorta şirkətlərində xüsusi "İslam pəncərələri" açmağı nəzərdən keçirir.

SİA xəbər verir ki, “Severnaya Gazeta”-nın məlumatına görə, belə bir mexanizmin 2030-cu ilə qədər Qazaxıstan Sığorta Bazarının İnkişaf Proqramı çərçivəsində hazırlanması planlaşdırılır.

Qeyd edək ki, İslam sığortası və ya təkaful 2015-ci ildən bəri Qazaxıstanda hüquqi əsasa malikdir. Lakin, ölkədə bu cür xidmətlər hələ təklif olunmur.

Tənzimləyici ayrıca bir şirkət yaratmaq və bunun üçün müstəqil lisenziya almaq ehtiyacını maneələrdən biri hesab edir.

..."İslam pəncərələri"nin istifadəsi ilə mövcud sığortaçılar təkaful məhsullarını təqdim edə biləcəklər. Bu arada, iştirakçıların vəsaitləri ənənəvi sığorta əməliyyatlarından ayrıca uçota alınmalı olacaq: bu, aktivlərin, öhdəliklərin, gəlirlərin və xərclərin ayrıca uçotu deməkdir.

Təkaful fondu vəsaitlərinin yalnız İslam prinsiplərinə uyğun aktivlərə investisiya qoyulması planlaşdırılır.

Məhsulların tələbat və sığorta şirkətlərinin hazırlığına əsasən mərhələli şəkildə bazara təqdim edilməsi gözlənilir.

İlkin planlara həyat sığortası, qəza sığortası, səyahət sığortası və tibbi sığorta daxildir.

Bundan əlavə, siyahıya ianə həyat sığortası, ağır xəstəliklərdən qorunma, əmlak və məsuliyyət sığortası, eləcə də investisiya, pensiya və korporativ məhsullar daxil ola bilər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə