Ukrayna Silahlı Qüvvələri Rusiyanın Perm və Novoşaxtinskdəki neft emalı zavodlarına zərbə endirib.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Volodimir Zelenski məlumat verib.
“Bu gecə uzaqmənzilli zərbə kampaniyası çərçivəsində Perm və Novoşaxtinskdəki iki neft emalı zavodu vurulub. Həmçinin Ulyanovskdakı “İskra” hərbi zavoduna da endirilib, Rostov vilayətində isə işğalçıların daha iki radiolokasiya stansiyası məhv edilib”, - dövlət başçısı bildirib.
Volodimir Zelenski dəqiq zərbələrə və Rusiyanın öldürücü potensialının sistemli şəkildə məhv edilməsinə görə hərbçilərə təşəkkür edib.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB