Formula 1 pilotları azarkeşlərlə görüşüb - FORMULA 1

Formula 1 pilotları azarkeşlərlə görüşüb - FORMULA 1

Formula 1 Azərbaycan Qran-Prisinin yubiley həftəsi azarkeşlərlə pilotları bir araya gətirən Fan Forumla davam edib.

Bakı Şəhər Halqasından SİA-ya verilən məlumata görə, bu, yarış həftəsinin ən gözlənilən tədbirlərindən biri olub.

Dənizkənarı Bulvarda qurulan xüsusi səhnədə iki gün ərzində 11 komandanın ulduz pilotları azarkeşlərlə görüşüblər. Maks Ferstappen, Şarl Lekler, Kimi Antonelli, Corc Rassel, Karlos Sayns, Lando Norris, Oskar Piastri, Fernando Alonso, Valtteri Bottas və digər pilotların səhnəyə çıxışı böyük maraqla qarşılanıb.

Olduqca səmimi ab-havada keçən Fan Forum zamanı pilotlar azarkeşlərlə yarış barədə fikirlərini və təəssüratlarını bölüşüblər. Bu görüşlər azarkeşlərə Formula 1 dünyasını daha yaxından tanımaq və sevdikləri pilotlarla ünsiyyət qurmaq imkanı verib.

Yerli və xarici azarkeşlərin böyük maraq göstərdiyi tədbir Azərbaycan Qran-Prisi həftəsinə əlavə həyəcan qatıb. Pilotların fanatlarla birbaşa ünsiyyəti isə yarış həftəsinin ən yaddaqalan anlarından birinə çevrilib.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi sentyabrın 26-da başa çatacaq.

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə