“Silk Road Fund”un idarəedici direktoru ilə görüş keçirilib.
SİA xəbər verir ki, İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov “Silk Road Fund”un idarəedici direktoru Deng Jinghua ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Çin arasında iqtisadi və investisiya əməkdaşlığının inkişaf perspektivləri, qarşılıqlı maraq doğuran layihələr və “Bir Kəmər, Bir Yol” təşəbbüsü çərçivəsində tərəfdaşlıq imkanları müzakirə olunub.
Tərəflər Azərbaycanın investisiya potensialı, yeni layihələrin həyata keçirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.
Görüşdə həmçinin gələcək əməkdaşlığın gücləndirilməsi, yeni investisiya təşəbbüslərinin reallaşdırılması və birgə layihələrin təşviqi istiqamətində mövcud imkanlar nəzərdən keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB