Formula 2 Azərbaycan Qran-Prisində birinci əsas yarışa yekun vurulub.
SİA xəbər verir ki, ən yaxşı nəticəni “Rodin” komandasından irlandiyalı Aleks Dann göstərib.
Onun komanda yoldaşı Martinius Stenşorne ikinci, “Dams Lucas Oil”in isveçli pilotu Dino Beqanoviç üçüncü olub.
Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 26-da yekun vurulacaq.
14:15
Formula 2 Azərbaycan Qran-Prisində əsas yarışa start verilib.
AZƏRTAC xəbər verir ki, 11 komandadan 22 pilotun mübarizə apardığı yarış 65 dəqiqə davam edəcək.
Günün son əsas sessiyası isə Formula 1 üzrə sıralama turu olacaq. Saat 16:00-da başlayacaq mübarizə 17:00-da başa çatacaq.
Müəllif: Lətifə Musayeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB