Azərbaycan Ağsaqqallar Şurasının Yevlax və Ucar rayon təşkilatlarında hesabat-seçkikonfransları keçirilib. Konfranslarda rayon ağsaqqallarının fəaliyyəti müzakirə olunub, qarşıda duran vəzifələr müəyyənləşdirilib vətəşkilati məsələlərə baxılıb.
SİA xəbər verir ki, sentyabrın 22-də ilk olaraq Yevlax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransıkeçirilib.
Konfransda Azərbaycan AğsaqqallarŞurasının sədr müavini, Milli Məclisin deputatıAğalar Vəliyev, Yevlax Rayon İcraHakimiyyətinin başçısı Anar Tağıyev, ŞuranınAparat rəhbəri Ramin Həsənli, rayon ağsaqqalları, ziyalılar, şəhid ailələrinin üzvləri, gənclər və ictimaiyyət nümayəndələri iştirakediblər.
Tədbirdən əvvəl iştirakçılar Ulu ÖndərHeydər Əliyevin abidəsini ziyarət edərək önünəgül dəstələri qoyublar. Konfransda Ulu Öndərin, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidolan Vətən övladlarının və hesabat dövründəvəfat etmiş ağsaqqalların xatirəsi bir dəqiqəliksükutla yad edilib.
Çıxış edən Anar Tağıyev ağsaqqallarınYevlaxın ictimai və mədəni həyatında, milli-mənəvi dəyərlərin qorunmasında və gənc nəslintərbiyəsində mühüm rol oynadığını bildirib.
Daha sonra Yevlax Rayon AğsaqqallarŞurasının sədri Minnət Mürsəlov hesabatməruzəsi ilə çıxış edib. Bildirilib ki, hesabatdövründə rayon ağsaqqalları ictimai tədbirlərdəfəal iştirak edib, milli-mənəvi dəyərlərin vəadət-ənənələrin qorunması, gənclərdəvətənpərvərlik hissinin gücləndirilməsi, maarifləndirici görüşlərin keçirilməsiistiqamətində fəaliyyət göstəriblər.
Azərbaycan Ağsaqqallar Şurasının sədrmüavini Ağalar Vəliyev çıxışında Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin və öz adından konfrans iştirakçılarınısalamlayıb. O, Yevlaxda ağsaqqallarlagörüşməkdən məmnunluğunu ifadə edib, ölkədəhəyata keçirilən genişmiqyaslı quruculuqişlərindən və Azərbaycan Ağsaqqallar Şurasınınbölgələrdə artan fəaliyyətindən danışıb.
Ağalar Vəliyev Yevlax Rayon AğsaqqallarŞurasının hesabatını qənaətbəxş qiymətləndiribvə rayon ağsaqqallarına gələcək fəaliyyətlərindəuğurlar arzulayıb.
Konfransın sonunda təşkilati məsələlərəbaxılıb. Açıq səsvermə yolu ilə MinnətMürsəlov yenidən Yevlax Rayon AğsaqqallarŞurasının sədri seçilib, İdarə Heyəti və TəftişKomissiyası formalaşdırılıb.
Konfransda, həmçinin Minnət Mürsəlovun75 illik yubileyi münasibətilə onunuzunmüddətli ictimai fəaliyyətinin yüksəkqiymətləndirildiyi bildirilib. O, AzərbaycanAğsaqqallar Şurasının sədri Eldar Quliyev vəİdarə Heyətinin üzvlərinin qərarı ilə “Fəxri Ağsaqqal” döş nişanına layiq görülüb. Döşnişanı Ağalar Vəliyev tərəfindən MinnətMürsəlova təqdim olunub.
Daha sonra Ucar Rayon AğsaqqallarŞurasının hesabat-seçki konfransı keçirilib.
Konfransda Azərbaycan AğsaqqallarŞurasının sədr müavini, Milli Məclisin deputatıAğalar Vəliyev, Ucar Rayon İcraHakimiyyətinin başçısı Mənsur Məmmədov, Şuranın Aparat rəhbəri Ramin Həsənli, rayon ağsaqqalları, ziyalılar, şəhid ailələrinin üzvləri, gənclər və digər ictimaiyyət nümayəndələriiştirak ediblər.
İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünəgül dəstələri qoyublar. Daha sonra Ulu Öndərin, şəhidlərin və hesabat dövründə vəfat etmişağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mənsur Məmmədov çıxışında Ucar rayonunda ağsaqqal sözünə və ağsaqqalnəsihətinə böyük hörmət göstərildiyinivurğulayıb. O, ağsaqqalların ictimai həyatdakıfəallığını, milli-mənəvi dəyərlərin qorunması vəgənc nəslin düzgün istiqamətləndirilməsindərolunu qeyd edib.
Ucar Rayon Ağsaqqallar Şurasının sədriMirzalı Ağamalıyev hesabat məruzəsindətəşkilatın ötən dövrdə həyata keçirdiyi işlərbarədə məlumat verib. Qeyd olunub ki, rayon ağsaqqalları müxtəlif ictimai və maarifləndiricitədbirlərdə fəal iştirak edib, milli-mənəvidəyərlərin, adət-ənənələrin yaşadılması vəgənclərin vətənpərvərlik ruhunda tərbiyəsiistiqamətində təşəbbüslər göstəriblər.
Ağalar Vəliyev çıxışında ağsaqqalların gəncnəslin tərbiyəsində mühüm rolundan danışıb. O, son illər boşanmaların artmasından, gənclərinbir qisminin müxtəlif mənfi vərdişlərəqurşanmasından narahatlığını ifadə edərək, buməsələlərdə ağsaqqalların üzərinə düşənməsuliyyətin daha da artmasının vacibliyinivurğulayıb.
Millət vəkili Ucar Rayon AğsaqqallarŞurasının fəaliyyətini qənaətbəxşqiymətləndirib, rayon ağsaqqallarınatəşəkkürünü bildirib və qarşıdakıfəaliyyətlərində uğurlar arzulayıb.
Konfransın sonunda təşkilati məsələlərmüzakirə olunub. Açıq səsvermə nəticəsindəMirzalı Ağamalıyev yenidən Ucar Rayon Ağsaqqallar Şurasının sədri seçilib. Onuntəqdimatı əsasında rayonun ictimai fəal vənüfuzlu ağsaqqallarından ibarət İdarə Heyəti vəTəftiş Komissiyası da formalaşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB