Futbol millimizdən Çexiya ilə BƏRABƏRLİK

Futbol millimizdən Çexiya ilə BƏRABƏRLİK

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

SİA xəbər verir ki, Rəşad Eyubovun başçılıq etdiyi komanda Bakıda Çexiya yığması ilə qarşılaşıb.

"Bank Respublika Arena"da təşkil olunan görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Görüşdə hesabı qonaqların heyətində Filip Lissa açsa da, millimizin futbolçusu Eşqin Əhmədov bərabərlik qolunu vuraraq yekun hesabı müəyyənləşdirib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə