“Azərbaycanı uzunmüddətli investisiya imkanı kimi nəzərdən keçirməyə çağırırıq“ -FUAD NAĞIYEV

“Azərbaycanı uzunmüddətli investisiya imkanı kimi nəzərdən keçirməyə çağırırıq“ -FUAD NAĞIYEV

Azərbaycanı uzunmüddətli investisiya imkanı kimi nəzərdən keçirməyə çağırırıq

Azərbaycan turizm sektorunun inkişafı üçün investorlara daha geniş və çevik dəstək mexanizmləri təqdim edir.

SİA xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində bildirib.

O qeyd edib ki, turizm iqtisadiyyatın digər sahələrinə də ciddi təsir göstərən mühüm investisiya sektorudur. Fuad Nağıyev 2026–2030-cu illər üzrə turizmin inkişafına dair Dövlət Proqramının bu istiqamətdə mühüm yol xəritəsi olduğunu vurğulayıb.

Agentlik sədrinin sözlərinə görə, turizm və rekreasiya zonalarının inkişafı da əsas istiqamətlərdəndir. Bu zonaların yaradılması infrastrukturun və turizm xidmətlərinin inkişafına, həmçinin dayanıqlı turizm və investisiya üçün əlverişli şəraitin formalaşmasına imkan verəcək.

Fuad Nağıyev beynəlxalq hotel brendlərinin, kurort layihələrinin, lüks hotellərin və dayanıqlı turizm layihələrinin Azərbaycanda inkişafı üçün böyük potensial olduğunu diqqətə çatdırıb.

“Bütün investorları, inkişaf tərəfdaşlarını və özəl sektoru Azərbaycana yalnız turizm məkanı kimi deyil, uzunmüddətli investisiya imkanı kimi baxmağa dəvət edirəm”, - deyə Fuad Nağıyev bildirib.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə