“Azərbaycan turizm sektorunda investisiya imkanlarını genişləndirir” -FUAD NAĞIYEV

“Azərbaycan turizm sektorunda investisiya imkanlarını genişləndirir” -FUAD NAĞIYEV

Azərbaycan turizm sektorunda investisiyaların təşviqi və daha əlverişli biznes mühitinin yaradılması istiqamətində yeni mexanizmlər tətbiq edir.

SİA xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində çıxışı zamanı deyib.

Fuad Nağıyev bildirib ki, 2026–2030-cu illər üzrə turizmin inkişafına dair yeni Dövlət Proqramı ölkənin turizm siyasətində yeni mərhələ açır. Onun sözlərinə görə, proqramın əsas prioritetlərindən biri turizm sahəsində daha cəlbedici və rəqabətqabiliyyətli investisiya mühitinin formalaşdırılmasıdır.

Dövlət Turizm Agentliyinin sədri qeyd edib ki, proqram çərçivəsində mehmanxanalar və digər yerləşmə vasitələri, kurort müəssisələri, qış idmanı və konqres obyektləri üzrə investisiya layihələrinə kredit faiz subsidiyalarının tətbiqi ilə bağlı yeni mexanizm nəzərdə tutulur.

O əlavə edib ki, yerləşmə obyektlərinin yenidən qurulmasına investisiya yatıranlara, beynəlxalq turistlərin cəlb edilməsinə, əlavə müntəzəm və çarter hava reyslərinə, turizm tədbirlərinə, eləcə də mikro və kiçik turizm müəssisələrinə dəstək imkanları da genişləndirilir.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə