“Azərbaycan dünyada təhlükəsizliyin yüksək səviyyədə təmin olunduğu ölkələrdən biridir” -PREZİDENT: İLHAM ƏLİYEV
Prezident İlham Əliyev bildirib ki, hazırda dünyada təhlükəsizlik amili xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Azərbaycan dünyada təhlükəsizliyin yüksək səviyyədə təmin olunduğu ölkələrdən biridir.
SİA xəbər verir ki, dövlətimizin başçısı bu fikirləri II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə səsləndirib.
“Bizdə kriminogen vəziyyət tamamilə nəzarət altındadır”, – deyə Prezident İlham Əliyev əlavə edib.
Müəllif: Günay Hacıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB