“Neft-qaz sektoru Azərbaycanın iqtisadiyyatında mühüm yer tutmaqda davam edir” -PREZİDENT: İLHAM ƏLİYEV
Bir neçə gün əvvəl mədən sənayesinin inkişafı ilə bağlı Dövlət Proqramı qəbul edilib. Proqram çərçivəsində bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur və bu istiqamət Azərbaycanın inkişafında əsas prioritetlərdən biridir.
SİA xəbər verir ki, bunu Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə bildirib.
Dövlətimizin başçısı neft-qaz sektorunun da diqqətdən kənarda qalmamalı olduğunu vurğulayıb. Prezident İlham Əliyev qeyd edib ki, cari ildə artıq bir sıra yeni müqavilələr imzalanıb. Onun sözlərinə görə, neft-qaz sektoru Azərbaycanın iqtisadiyyatında mühüm yer tutmaqda davam edir və ölkə üçün böyük rifah yaradacaq.
Müəllif: Günay Hacıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB