“İnsan kapitalına investisiya gələcək bacarıqların inkişafı üçün vacibdir“ -CƏLAL QASIMOV
İnsan kapitalına investisiya gələcək bacarıqların inkişafı üçün vacibdir.
SİA xəbər verir ki, bunu “PASHA Holding”in baş icraçı direktoru Cəlal Qasımov “Investing in Human Capital and Future Skills” mövzusunda panel sessiyada deyib.
O bildirib ki, əməkdaşların inkişafında təhsil və müxtəlif idarəetmə çərçivələrinin öyrənilməsi mühüm rol oynayır. Bununla yanaşı, insanların qərarvermə bacarıqlarının formalaşması üçün onlara praktiki təcrübə qazanmaq və müstəqil qərarlar qəbul etmək imkanı yaradılmalıdır.
C.Qasımov qeyd edib ki, real delegasiya rəhbərin əməkdaşın hər qərarına müdaxilə etməsi deyil. Onun sözlərinə görə, əməkdaşlara qərar vermək, səhvlər etmək və həmin səhvlərdən öyrənmək imkanı verildikdə onların düzgün qərarvermə qabiliyyəti inkişaf edir.
“PASHA Holding”in baş icraçı direktoru vurğulayıb ki, şirkətdə yüksək bacarıqlara malik insanların olması ilə yanaşı, onların komanda şəklində işləməsi də vacibdir. O, effektiv nəticə əldə etmək üçün əməkdaşların vahid məqsəd ətrafında komanda kimi fəaliyyət göstərməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB