"Barselona" klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsində PSJ ilə qarşılaşma öncəsi müdafiə xəttində problemlə üzləşib. SİA xəbər verir ki, klubun mətbuat xidmətinin məlumatına görə, kataloniyalıların müdafiəçiləri Erik Qarsiya və Jül Kunde zədə səbəbindən sözügedən matçı buraxacaqlar.
Qarsiya “Betis”lə La Liqanın 9-cu turunun oyununda (5:2) budunun düz əzələsindən zədə alıb. İspaniyalı müdafiəçinin bərpasının bir aya qədər davam edəcəyi gözlənilir.
Kunde isə topuq bağlarının dartılması səbəbindən sıradan çıxıb. Onun oktyabrın 25-də “Real”la keçiriləcək oyunda iştirakı bərpa prosesindən asılı olacaq.
Qeyd edək ki, “Barselona” oktyabrın 20-də PSJ-ni qəbul edəcək.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB