Husilərdən Səudiyyə Ərəbistanına ZƏRBƏ - 6 yaralı var

Husilərdən Səudiyyə Ərəbistanına ZƏRBƏ - 6 yaralı var

Yəmənin husi üsyançıları tərəfindən atılan mərmi Səudiyyə Ərəbistanının cənubundakı Nəcran şəhərinin yaşayış məntəqəsinə düşüb. Nəticədə 6 nəfər yaralanıb. Bu barədə "Saudi Press Agency" (SPA) Mülki Müdafiə İdarəsinin nümayəndəsinə istinadən məlumat yayıb. "Husi terror qruplaşması tərəfindən atılan düşmən mərmisinin yaşayış məntəqəsinə dəyməsi nəticəsində altı nəfər yaralanıb, üç evə və üç avtomobilə ziyan dəyib", - məlumatda deyilir.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə