Azərbaycan cüdoçuları Qazaxıstanın Aktau şəhərində keçirilən Asiya Açıq Turnirini 1 qızıl, 5 gümüş və 8 bürünc olmaqla ümumilikdə 14 medalla tamamlayıblar. SİA xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan cüdoçuları 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıblar.
Südabə Ağayeva (70 kq) bütün rəqiblərini üstələyərək qızıl medala sahib olub. Madina Kaisinova (+78 kq) turniri gümüş mükafatla başa vurub.
Canpolad Əliyev, Elmar Qasımov (hər ikisi 100 kq), Sübhan Axundov (+100 kq) və Alina Kuqayeva (-70 kq) isə bürünc medala yiyələniblər.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB