Anbar Aİ-92, Aİ-95 və dizel yanacağının uzunmüddətli saxlanması və daşınması üçün istifadə olunur...
Sankt-Peterburqun ən böyük yanacaq terminalı dron hücumundan sonra yanır.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ASTRA yazır. ASTRA OSINT analitiki şahid videolarını təhlil etdikdən sonra aşkar edib ki, Sankt-Peterburqun Krasnoqvardeyski rayonundakı “Ruçyi” neft anbarı Ukrayna Silahlı Qüvvələrinin Leninqrad vilayətinə kütləvi hücumundan sonra yanır.
“Ruçyi” Neft Deposu Sankt-Peterburqdakı ən böyük yanacaq terminalıdır və ümumi tutumu 73.900 kubmetrdir.
O, Aİ-92, Aİ-95 və dizel yanacağının uzunmüddətli saxlanması və daşınması üçün istifadə olunur. Daha əvvəl qubernator Drozdenko Sankt-Peterburq Neft Terminalında yanğın baş verdiyini təsdiqləmişdi.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB