“XII Bakı Beynəlxalq Kitab Sərgisində 300-dən çox tədbir keçiriləcək” - Vasif Qurbanzadə
XII Bakı Beynəlxalq Kitab Sərgisində 32 ölkədən 59 xarici təşkilatın və 148 yerli təşkilatın iştirakı gözlənilir.
SİA xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Vasif Qurbanzadə XII Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı mətbuat konfransında deyib.
O bildirib ki, sərgi oktyabrın 21-dən 27-dək davam edəcək. Açılış mərasimi oktyabrın 21-də saat 11:00-da Bakı Ekspo Mərkəzində keçiriləcək. Tədbirdə dövlət rəsmilərinin, deputatların, mədəniyyət və ədəbiyyat nümayəndələrinin, oxucuların və media təmsilçilərinin iştirakı nəzərdə tutulur.
V.Qurbanzadə qeyd edib ki, builki sərgidə əvvəlki illərlə müqayisədə yeni ölkələr də təmsil olunacaq. ABŞ, İngiltərə, Polşa və Səudiyyə Ərəbistanı həmin ölkələr sırasındadır.
Şöbə müdiri vurğulayıb ki, Bakı Kitab Sərgisinin beynəlxalq səviyyədə tanıdılması və xarici tərəfdaşların iştirakının genişləndirilməsi istiqamətində də işlər aparılır. Onun sözlərinə görə, Frankfurt Kitab Sərgisi çərçivəsində Bakı Kitab Sərgisində iştirakla bağlı xarici tərəfdaşlarla 40-dan çox görüş keçirilib.
O əlavə edib ki, sərgi müddətində üç təqdimat zonasında və nəşriyyatların stendlərində 300-dən çox tədbirin təşkili planlaşdırılır.
V.Qurbanzadə media nümayəndələrini sərgi çərçivəsində keçiriləcək tədbirləri işıqlandırmağa çağıraraq bildirib ki, Azərbaycan kitablarının xaricdə tanıdılması və yerli oxuculara təqdim olunması dövlətin mədəniyyət siyasətinin mühüm istiqamətlərindəndir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB