Kamera görüntüsü olmadıqda hücum faktı necə sübut olunur və vəkil hansı hüquqları qoruyur? - HÜQUQŞÜNAS DANIŞDI
"Sübutetmənin obyektivləşdirilməsində və alınmış faktiki məlumatların mühafizəsində texniki-kriminalistik fiksasiya metodu böyük rol oynayır. Fiksasiya (qeyd olma) vasitələri içərisində baxış, axtarış, götürmə, tanınma, dindirmə və digər istintaq hərəkətlərində istifadə olunan videoyazı xüsusi yer tutur".
Bu sözləri SİA -ya açıqlamasında hüquqşünas, Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov bildirib.

Onun sözlərinə görə, montaj edilməsi imkanları mövcud olduğundan çəkişmə prosesinin gedişində videoyazının nəticələri mübahisələndirilə bilər. Videoyazıda dəyişikliyin olmaması barədə rəy (videolentə alınmış istintaq hərəkətinin fiksə edilməsi tarixi və vaxtı göstərilməklə), onun əslini (orijinal olmasını) təsdiq edir və sübutetmədə istifadə olunmasına imkan yaradır:
"Sürücülər yol-nəqliyyat hadisələri ilə bağlı cinayət işlərində həmin görüntüləri sübut kimi məhkəməyə təqdim edə bilərlər. Həmin görüntülər mütləq qaydada ekspertizaya göndəriləcək. Ekspertlər bu görüntülərin həqiqi olub-olmadığını, görüntülərə müdaxilə edilib-edilmədiyini müəyyən etməlidir.
Əgər həmin görüntülər, doğrudan da, hadisə ilə bağlı həqiqəti əks etdirirsə, biz təbii ki, onu sübut kimi qəbul edəcəyik. Bəzən məhkəmənin işinə çox böyük kömək edir. Çünki bizim məqsədimiz obyektiv gerçəkliyi müəyyən etmək, düzgün, ədalətli qərar verməkdir. Ona görə də iş üçün əhəmiyyət kəsb edən bütün mötəbər sübutları qəbul edirik.
Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir.
Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsi hər kəsin şəxsi toxunulmazlıq hüququnu təmin edir. Həmin maddəyə əsasən, şəxsin razılığı olmadan onun şəxsi həyatı haqqında məlumatın toplanılması, saxlanılması, istifadəsi və yayılması yolverilməzdir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan izlənilə, video və foto çəkilişinə və ya səs yazısına məruz qala bilməz.
İctimaiyyət üçün açıq və şəxsi fəaliyyətlə bağlı olmayan məkanlarda təhlükəsizlik məqsədilə quraşdırılan adi kameralar adətən hüquqi problem yaratmır. Lakin görüntülərin qeydə alınması, saxlanılması və sonradan istifadə olunması, hətta ictimai məkanda belə baş versə, şəxsi həyata müdaxilə kimi qiymətləndirilə bilər. Bu yanaşma xüsusilə gizli və məqsədli müşahidə, davamlı izləmə və ya əldə olunan məlumatların üçüncü şəxslərə ötürülməsi hallarında daha ciddi tətbiq olunur.
Məhkəmə iş yerində videomüşahidənin qiymətləndirilməsi üçün bir sıra meyarlar müəyyən edib. Bunlara müşahidənin aparıldığı məkan, həmin məkanda şəxsin məxfiliyə dair gözləntisinin olub-olmaması, müşahidənin hədəfli və ya sistemli xarakter daşıması, izlənilən fəaliyyətin mahiyyəti, videomüşahidə barədə əvvəlcədən məlumat verilməsi, eləcə də əldə olunan məlumatların saxlanma müddəti və istifadə məqsədi daxildir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB