Naxçıvan şəhərində zəncirvari qəza baş verib. SİA xəbər verir ki, hadisə şəhərin Topçubaşov küçəsində qeydə alınıb.
Belə ki, "Hunday", "Audi" və 2 KİA markalı avtomobillərin iştirakı ilə baş verən qəzada 5 nəfər xəsarət alıb.
Xəsarət alanlar - 2001-ci il təvəllüdlü Aysel Zeynalova, 1961-ci il təvəllüdlü Gülyanaq Hacıyeva, 1983-cü il təvəllüdlü Zənibə Seyidova, 2008-ci il təvəllüdlü Sadiq Həsənzadə və 2008-ci il təvəllüdlü Ülvi Quliyev Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakla bağlı araşdırma aparılır.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB