"Məktəbli geyim forması ilə bağlı müzakirələr son günlər gündəmdə olan məsələlərdəndir". Bu sözləri SİA-ya açıqlamasında Əməkdar incəsənət xadimi, rejissor Elxan Cəfərov deyib.

Onun sözlərinə görə, bu, tarixi bir prosesdir: "Hələ XIX əsrin sonlarından Mirzə Ələkbər Sabirin şeirlərində, Cəlil Məmmədquluzadənin və başqa mütəfəkkirlərimizin yaradıcılığında tərəqqi yolunda qarşıya çıxan maneələrdən bəhs olunub. Bunlar daim davam edən proseslərdir. Tərəqqi yolunda müxtəlif fikirlər və qarşıdurmalar mümkündür.
Bu, çox həssas məsələdir. Öz mövqeyimi belə ifadə edə bilərəm ki, insanın şəxsi fikirləri formalaşdıqdan, müəyyən yetkinliyə çatdıqdan sonra dinlə bağlı seçim etməsi daha doğru olar. Dinin də əsas məzmunu seçim etməkdir. Çünki insan müxtəlif yollar arasından özünə uyğun olanı seçməlidir. İslamın göstərdiyi yolu da qəlbən və şüurlu şəkildə qəbul etmək vacibdir.
Bu, həqiqətən də, həssas məsələdir. Valideynlərin də narahatlığını başa düşürəm. Onlar övladlarını qorumaq istəyirlər.
Mən yaradıcı insanam, siyasi xadim deyiləm. Amma başa düşürəm ki, bir sinifdə şagirdlər arasında geyimlə bağlı müəyyən fikir ayrılıqları yarana bilər.
Yaradıcı insan və tərəqqi tərəfdarı olaraq dəfələrlə bildirmişəm ki, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev qızlar məktəbini açanda nə qədər müqavimətlə üzləşdi. Biz Azərbaycanda qadın azadlığı istiqamətində atılan ilk addımların tariximizə aid olması ilə fəxr edirik.
Cəmiyyətimizdə aparıcı mövqeyə malik, ailəsinin və cəmiyyətin inkişafına töhfə verən qadınlarımız var. Onların cəmiyyətimizin inkişafında rolu çox böyükdür. Bütün bunlar hamısı intibaha aparan proseslərdir.
Qadının cəmiyyətdə, əlbəttə, müstəsna mövqeyi olmalıdır. Qadın zərif və incə məxluqdur. Düşünürəm ki, qadınlar, xüsusilə də uşaqlıqdan elmə, savada və tərəqqiyə yönəldilsələr, bu, gələcəyimiz üçün daha müsbət nəticələr verə bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB