Azərbaycan ədəbiyyatının dünyada tanıdılması, ilk növbədə, milli mədəniyyətimizin və ədəbi irsimizin özümüz tərəfindən daha dərindən tanınmasından başlayır.
SİA xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Vasif Qurbanzadə XII Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı mətbuat konfransında deyib.
O bildirib ki, “Azərbaycan mədəniyyəti – 2040” konsepsiyasının əsas vəzifələrindən biri Azərbaycan ədəbiyyatının xaricdə, dünya ədəbiyyatının isə Azərbaycanda tanıdılması istiqamətində fəaliyyətin həyata keçirilməsidir.
V.Qurbanzadə qeyd edib ki, bu baxımdan beynəlxalq kitab sərgiləri xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, builki sərgidə 32 xarici ölkənin nümayəndələri iştirak edir və bu, Bakı Kitab Sərgisinə beynəlxalq marağın göstəricisidir.
Şöbə müdiri vurğulayıb ki, sərgiyə marağın artması kitab prosesinə bağlılıq, kitabın mənəvi məsuliyyətini dərk etmək və bu sahədə inamla fəaliyyət göstərməklə əlaqədardır.
O bildirib ki, XII Bakı Beynəlxalq Kitab Sərgisi uşaqlara, gələcək nəsillərə və gələcəyə həsr olunub. Vasif Qurbanzadə sərginin mövzusunun onda şəxsi xatirələrini canlandırdığını da diqqətə çatdırıb.
“Bu gün qalib ordunun, öz ərazi bütövlüyünü təmin etmiş dövlətin vətəndaşları olaraq XII kitab sərgisini kitablarımıza, gələcəyimizə həsr edirik”, – deyə o bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB