Oktyabrın 19-da Bakıda və Abşeron yarımadasında narıncı, bəzi bölgələrdə isə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Milli Hidrometeorologiya Xidmətindən SİA-ya bildirilib ki, Bakıda və Abşeron yarımadasında narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 metr/saniyəyədək güclənəcək.
Qazax, Tovuz, Gəncə, Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Goranboy, Naftalan, Xızı, Şabran, Siyəzən, Xaçmaz, Quba, Qusar, Qobustan, Hacıqabul, Neftçala, Mingəçevir, Biləsuvar, Cəlilabad, Lerik və Yardımlıda sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 metr/saniyə təşkil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB