Nyu-York metrosunda 30 yaşlı kişini güllələyib öldürdülər...

Nyu-York metrosunda 30 yaşlı kişini güllələyib öldürdülər...

Nyu-Yorkun Manhetten rayonunda metro stansiyasının platformasında təxminən 30 yaşlı kişi güllələnərək öldürülüb. Bu barədə şəhərin polis idarəsi məlumat yayıb.

Məlumata görə, hadisə oktyabrın 17-də yerli vaxtla saat 12:21-də (Bakı vaxtı ilə saat 20:21) E xəttinin şimal istiqamətində hərəkət edən qatarlarına xidmət göstərən "53-cü küçə – Yeddinci prospekt" metro stansiyasının platformasında baş verib. Atəş açdıqdan sonra şübhəli şəxs hadisə yerindən qaçıb.

Polis axtarışda olan şəxsin müşahidə kameralarından əldə edilmiş fotolarını yayımlayıb və onun yerinin müəyyənləşdirilməsinə kömək edə biləcək məlumatı olan şəxsləri hüquq-mühafizə orqanlarına müraciət etməyə çağırıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə