Rusiya daxilindəki bazalara zərbə endirməyin vaxtı çatıb..?

...Fəaliyyəti Ukrayna və Rusiya məsələləri ilə bağlı olan ABŞ dövlət katibinin keçmiş müavini Viktoriya Nuland hesab edir ki, Kiyev Rusiya ərazisindəki hərbi obyektləri vurmaq hüququna malikdir və ABŞ və onun müttəfiqləri buna şərait yaratmalıdır.

SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə ABC News-a müsahibəsində bildirib.

Rusiya qüvvələrinin Xarkov vilayətinin şimalındakı son irəliləyişlərini şərh edən Nuland vurğulayıb ki, Ukrayna Rusiya daxilindəki bazalardan həyata keçirilən rus hücumlarını dayandıra bilməlidir.

...Mən hesab edirəm ki, hücumlar birbaşa Rusiya sərhədlərindən kənardadırsa, o zaman raketlərin haradan atılmasından və qoşunların haradan gəlməsindən asılı olmayaraq, bu bazalar qanuni hədəflər olmalıdır

Bunu da Nuland əlavə edib.

ABŞ dövlət katibinin keçmiş müavininin sözlərinə görə, Rusiyanın indi Xarkovu təhdid edən və onu hətta qoşun yerləşdirmədən məhv etməyə çalışan müharibənin növbəti gərginləşməsindən sonra bunun vaxtı çatıb.

...Ona görə də mən hesab edirəm ki, ukraynalılara Rusiya daxilindəki bazalara hücumda daha çox kömək etməyin vaxtı çatıb.

Nulandın sözləridir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə