Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub

Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub

Ukraynada gedən döyüşlərdə daha bir soydaşımız həlak olub. SİA Bakupost.az-a istinadən xəbər verir ki, uzun illər Ukraynanın Jovti Vodı şəhərində yaşayan Zaur Bəhram oğlu Həbibov cəbhədə həyatını itirib.

Z.Həbibov hələ 2014-cü ildə antiterror əməliyyatında (ATO) iştirak edərək Ukraynanı müdafiə etməyə başlayıb. 2022-ci ilin fevralında başlayan genişmiqyaslı müharibədən sonra həmin ilin iyun ayında yenidən xidmətə qayıdan soydaşımız cəbhədə döyüş tapşırıqlarını yerinə yetirməyə davam edib.

O, 2026-cı il sentyabrın 10-da Donetsk vilayətinin Drujkovka şəhəri yaxınlığında döyüş tapşırığını icra edərkən itkin düşüb. Bir neçə gün öncə Zaur Həbibovun həlak olması rəsmən təsdiqlənib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə