Şotlandiya millisinin hücumçusu Kieron Boui Dünya çempionatı üçün heyətə çağırılmamasından sonra yığmada özünü göstərmək üçün yeni fürsət qazanıb.
SİA APA-ya istinadən xəbər verir ki, baş məşqçi Stiv Klark mayın 19-da Dünya çempionatı üçün heyəti açıqlayarkən Bouini siyahıya daxil etməyib.
Hücumçu həmin vaxt İtaliya A Seriyasında çıxış edən “Hellas Verona”nın heyətində qol vurmasına baxmayaraq, seçimdən kənarda qalıb. Şotlandiya millisinin Dünya çempionatındakı hücum xətti də gözləntiləri doğrultmayıb.
Boui bildirib ki, heyətə düşmədiyini Klarkın ona göndərdiyi mesajdan öyrənib. Futbolçu bundan sonra ailəsi ilə vaxt keçirib və bir həftəlik Portuqaliyaya istirahətə gedib.
İndi isə Boui Şotlandiya millisində şans qazanıb. Şimali Makedoniya ilə görüşdə 2:0 hesablı qələbə qazanan komandanın heyətində onun çıxışı diqqət çəkib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB