"Heydər Əliyevin qayıdışı Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin əsasını qoydu" - POLİTOLOQ
"1990-cı illərin əvvəllərində Heydər Əliyevin Azərbaycana qayıdışı Azərbaycanda siyasi mühiti zənginləşdirdi, dövlətçilik və dövlət quruculuğu istiqamətində müəyyən dönüş yaratdı". Bu sözləri SİA-ya açıqlamasında Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan deyib.

Onun sözlərinə görə, Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olanda Azərbaycan Respublikasının dövlət bayrağı ilə bağlı məsələni Naxçıvan Muxtar Respublikasının Ali Sovetində təsdiqləməklə Azərbaycanın milli mübarizəsinin hüquqi əsaslarını qanuni şəkildə təsdiqləmiş oldu:
"Təsdiqi yarımçıq qalmış üçrəngli bayrağın Naxçıvanda qəbul edilməsi bu baxımdan mühüm hadisə idi.
Sonrakı dövrdə, iyun hadisələrindən sonra Heydər Əliyevin Azərbaycanda prezident olması ölkəni separatizm məngənəsindən xilas etdi. Heydər Əliyev separatçı qüvvələri yerində oturtdu və separatçı düşüncənin Azərbaycan üçün yad olduğunu isbatladı.
1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması ilə Prezident Heydər Əliyev Azərbaycanın dövlətçiliyi üçün strateji xətti müəyyənləşdirdi. Bu strategiya, eyni zamanda, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, ərazi bütövlüyünün və suverenliyinin təmin olunması üçün fundamental dəstək oldu.
Bu gün də həmin istiqamətdə Prezident İlham Əliyev fəaliyyətini davam etdirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB