"Turan Tovuz" bu gün Bakıda Türkiyənin "Fənərbağça" komandası ilə yoxlama oyunu keçirəcək.
SİA xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Matç saat 20:00-da start götürəcək. Görüşün baş hakimi Rəvan Həmzəzadə olacaq. Oyundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.
Xatırladaq ki, 1994-cü ildə Azərbaycanı avrokuboklarda təmsil edən ilk komanda "Turan" olub. Qərb təmsilçisinin UEFA Kubokundakı (hazırkı UEFA Avropa Liqası) rəqibi isə "Fənərbağça" idi. İstanbul komandası hər iki matçda qalib gəlib - 5:0, 2:0.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB