Azərbaycan qardaş dövlətlərlə birlikdə Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir - XİN
Azərbaycan qardaş türk dövlətləri ilə birlikdə Türk dünyasının birliyinin möhkəmləndirilməsi, əməkdaşlığın genişləndirilməsi və ortaq gələcəyimizin daha da gücləndirilməsinə sadiqdir.
SİA xəbər verir ki, bu fikir Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Türk Dövlətlərinin Əməkdaşlıq Günü ilə bağlı"X" sosial media hesabındakı paylaşımda qeyd olunub.
"3 oktyabr – Türk Dövlətlərinin Əməkdaşlıq Günü kimi qeyd olunur. Naxçıvan Sazişi ilə əsası qoyulan Türk Dövlətləri Təşkilatı ortaq kök, dil, tarix və mədəni dəyərlərlə bir-birinə bağlı olan türk dövlətləri arasında həmrəyliyin və strateji tərəfdaşlığın rəmzidir. Azərbaycan qardaş türk dövlətləri ilə birlikdə Türk dünyasının birliyinin möhkəmləndirilməsi, əməkdaşlığın genişləndirilməsi və ortaq gələcəyimizin daha da gücləndirilməsinə sadiqdir. Birliyimiz gücümüz, həmrəyliyimiz gələcəyimizdir!"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB