“Etibarlı informasiya mühitinin formalaşdırılması yalnız jurnalistlərin üzərinə düşən vəzifə deyil” -EKSPERT DANIŞDI
“Rəqəmsal platformaların və sosial medianın həyatımızda rolunun sürətlə artdığı bir dövrdə informasiya istehsal edən və yayan hər bir tərəfin məsuliyyəti də artır”.
Bunu SİA-ya açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media üzrə ekspert Hacıbəy Heydərli bildirib.
Onun sözlərinə görə, bu gün hər hansı məlumatın yanlış və ya manipulyativ formada yayılması təkcə ayrı-ayrı şəxslərə deyil, cəmiyyətlərə və hətta dövlətlərarası münasibətlərə də təsir göstərə bilər.
Ekspert qeyd edib ki, xüsusilə süni intellekt texnologiyalarının inkişafı fonunda saxta görüntülərin, videoların və digər manipulyativ materialların hazırlanması daha da asanlaşıb. Belə bir şəraitdə peşəkar jurnalistikanın əsas üstünlükləri – faktların yoxlanılması, mənbələrin dəqiqləşdirilməsi, obyektivlik və məsuliyyət daha böyük əhəmiyyət kəsb edir.
Hacıbəy Heydərli vurğulayıb ki, etibarlı informasiya mühitinin formalaşdırılması yalnız jurnalistlərin üzərinə düşən vəzifə deyil:
“Dövlət qurumları, media, sosial media platformaları, jurnalistlər, ekspertlər, tədqiqatçılar və vətəndaş cəmiyyəti bu prosesdə birlikdə məsuliyyət daşıyır. Media savadlılığının artırılması da bu baxımdan xüsusi əhəmiyyət kəsb edir”.
Media eksperti bildirib ki, etimadın olmadığı informasiya mühitində sağlam ictimai dialoq və qarşılıqlı anlaşma mümkün deyil. Onun fikrincə, əsas məqsəd daha çox informasiya yaymaq deyil, daha dəqiq, yoxlanılmış, məsuliyyətli və etibarlı informasiya yaratmaq və cəmiyyətə çatdırmaq olmalıdır.
“Bu gün media yalnız xəbər verən vasitə deyil, həm də cəmiyyətdə etimadın formalaşmasına, xalqlar və dövlətlər arasında qarşılıqlı anlaşmanın güclənməsinə xidmət edən mühüm platformadır”, – deyə Hacıbəy Heydərli əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Çinin kritik minerallar üzərində 60 illik hökmranlığı başa çatır..?
İqtisadiyyat 21:04Hindistan Putindən imtina etdi..?
Dünya 20:27ISW rusların təsirli itki rəqəmlərini açıqladı
Dünya 20:04I Pyotr nə deyərdi?
Dünya 19:48Film Fondunda Yavər Rzayevin 70 illik yubileyi qeyd edilib
Mədəniyyət 19:48Tramp bir şeyi nəzərə almamışdı...
Dünya 19:05İranda ilk "Can fəda" briqadası təşkil olunub
Dünya 18:36Azərbaycan – Çin Sənaye Parkı yaradıla bilər
İqtisadiyyat 18:13Tramp dövrünün nöqtəsi..?
Dünya 18:06Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?
İqtisadiyyat 17:02Hesablama Palatası 2027-ci ilin dövlət büdcəsinin layihəsinə rəy verib
İqtisadiyyat 16:44Zəngəzur dəhlizi TRIPP brendində - ANALİZ
Siyasət 16:28Putin Afrikanı öz tərəfinə çəkmək istəyir
Dünya 14:59"Binance" sosial şəbəkə hesabında məlumat yayıb
İqtisadiyyat 14:52Tarixi Qələbə yaddaşlarda necə yaşayır? - SORĞU
Sosial 14:37Ötən rüb Azərbaycanda qaz istehlakı 7 %-ə yaxın azalıb
İqtisadiyyat 13:51Sabah Bakıda 23 dərəcə isti olacaq
Sosial 13:09Rusiyada "kişi ovu" - FAKT
Dünya 13:06Tarixi Zəfərimizin astanasında
Siyasət 12:48Avropada böyük təhlükə - BAXIŞ BUCAĞI
Dünya 12:45Trampın bir günü... - RAKURS
Siyasət 12:37Emin Əmrullayev Ağstafada vətəndaşları qəbul edəcək
Təhsil 12:36"Tam Store" barədə inzibati protokol tərtib olunub
Hadisə 12:00Putinə özünüz zəng edin...
Dünya 11:05Həftəsonu 75 cinayətin açılması təmin olunub
Hadisə 11:01Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
İqtisadiyyat 10:51Beyləqanda ustanı elektrik cərəyanı vuraraq öldürüb
Müsahibə 10:34Milli Müdafiə Universitetinin rektoru ABŞ-yə səfər edib
Siyasət 10:30Qapını açmayın - bunlar pis ruhlardır...
Sosial 10:16Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq
Hadisə 09:50FHN: Ötən həftə ərzində 143 yanğına çıxış olub
Hadisə 09:49Evdə fitnes rahat və sərfəlidir
Sosial 09:42Bakının bu əraziləri işıqsız qalacaq- XƏBƏRDARLIQ
Sosial 06:49Bakıda parkda kişi meyiti tapıldı
Hadisə 04:06Göygöldə mühasibin meyiti iş otağından tapıldı -ŞOK!
Hadisə 03:22Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9000
-0,10%
-
GBP
2,2769
+0,04%
-
RUB
2,1118
+0,92%



