ABŞ Yaxın Şərqə 3-cü aviadaşıyıcısını göndərdi

ABŞ Yaxın Şərqə 3-cü aviadaşıyıcısını göndərdi

ABŞ Hərbi Dəniz Qüvvələrinin “USS Theodore Roosevelt” aviadaşıyıcı zərbəçi qrupu Yaxın Şərqə yola düşüb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, “Nimitz” sinfinə aid atom enerjili aviadaşıyıcı San-Dieqodan çıxaraq regionda İrana qarşı əməliyyatlar aparan digər iki ABŞ aviadaşıyıcısına qoşulacaq.

Zərbəçi qrupuna “USS Chosin” kreyseri, esmineslər və F-35C, F/A-18 “Super Hornet” qırıcıları ilə təchiz edilmiş 11-ci Hava Qanadı Aviadaşıyıcısı (Carrier Air Wing 11) daxildir.

Bundan əlavə, “USS Makin Island”ın rəhbərlik etdiyi desant gəmiləri qrupu da San-Dieqodan yola düşüb. Qrupun tərkibində 2 mindən çox dəniz piyadasından ibarət 13-cü Dəniz Piyadaları Ekspedisiya Bölməsi yerləşdirilib.

AP-nin hesablamalarına görə, yeni yerləşdirmələr Yaxın Şərqə əlavə 9-10 min ABŞ hərbçisinin göndərilməsi deməkdir. Onların noyabrın sonunadək bölgəyə çatması gözlənilir. Hazırda Yaxın Şərqdə ABŞ-nin 50 mindən çox hərbi qulluqçusu var.

Hazırda “USS George H.W. Bush” və “USS George Washington” aviadaşıyıcıları Ərəb dənizində fəaliyyət göstərir. “Theodore Roosevelt”in “George Washington”u əvəzləməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə