Astanada yunan-Roma, sərbəst və qadın güləşi üzrə dünya çempionatı keçirilir. 135 ölkədən 900-ə yaxın idmançının qatıldığı yarış oktyabrın 24-dən noyabrın 1-dək “Barıs Arena” idman kompleksində təşkil olunub.
SİA xəbər verir ki, yarışların ilk günündə Azərbaycanın yunan-Roma güləşçiləri Eldəniz Əzizli və Sənan Süleymanov dünya çempionatının finalına yüksəliblər.
Azərbaycanın daha iki güləşçisi – Murad Məmmədov (60 kq) və Qurban Qurbanov (82 kq) dörddəbir final mərhələsində məğlub olaraq mübarizəni dayandırıblar. Rəqibləri finala yüksələ bilmədiyi üçün təmsilçilərimiz təsəlliverici görüşlərdə iştirak etmək imkanını da itiriblər.
Oktyabrın 25-də Azərbaycanın daha üç təmsilçisi – Murad Əhmədiyev (97 kq), Sərxan Məmmədov (130 kq) və ikiqat dünya çempionu Ülvü Qənizadə (72 kq) mübarizəyə qoşulacaq. Oktyabrın 26-da isə Həsrət Cəfərov (67 kq), Nihat Məmmədli (63 kq) və İslam Abbasov (87 kq) dünya çempionatında ilk görüşlərinə çıxacaqlar.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə



USD
EUR
GBP
RUB