Azərbaycanın Ukraynadakı səfiri Zakarpatye vilayəti ilə ticarət əlaqələrinin inkişafını müzakirə edib
Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev Zakarpatye vilayətinin iş dairələrinin nümayəndələri ilə görüşdə ikitərəfli ticarətin və investisiya əməkdaşlığının genişləndirilməsi perspektivləri müzakirə edib.
SİA xəbər verir ki, diplomat bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Onun sözlərinə görə, görüşdə həmçinin Azərbaycan ilə Zakarpatye vilayəti arasında birbaşa işgüzar əlaqələrin möhkəmləndirilməsi imkanları nəzərdən keçirilib.
S.Mərdəliyev iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əhəmiyyətli potensialın mövcud olduğunu qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB