Türkiyədə narkotikaya qarşı böyük əməliyyat keçirilib

Türkiyədə narkotikaya qarşı böyük əməliyyat keçirilib

Türkiyənin Bursa və İstanbul şəhərlərində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. "Haber Global"ın yaydığı məlumata görə, əməliyyat oktyabrın 20-də Narkotik Cinayətlərlə Mübarizə və Kəşfiyyat şöbələrinin əməkdaşları tərəfindən həyata keçirilib. Araşdırma zamanı 22 şübhəli saxlanılıb, onlardan 17-si hakimin qərarı ilə həbs olunub.

İstintaq çərçivəsində 11 kiloqram 601 qram sintetik kannabinoid (bonzai) xammalı, 1 kiloqram 595 qram kokain, 1 ədəd qanunsuz odlu silah, 18 ədəd patron, tüfəng, narkotik vasitələrin qanunsuz satışından əldə edildiyi ehtimal olunan 583 min 800 Türkiyə lirəsi (11 745,58 ABŞ dolları) aşkarlanaraq müsadirə edilib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə