Oktyabrın 24-də Qaradağ rayonunun Şonqar qəsəbəsində Vətən müharibəsi şəhidi Teyyublu Çərkəz Vidadi oğlunun anım mərasimi təşkil olunub.
SİA xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev, Milli Məclisin deputatı Zaur Şükürov, YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinin rəisi Bəxtiyar Hümbətov, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasim iştirakçıları şəhidin məzarını ziyarət edərək üzərinə güllər düzüb, ailəsinə dərin hüznlə başsağlığı veriblər.
Çıxışlarda Azərbaycan Ordusunun qüdrətindən və şəhidlərimizin qəhrəmanlığından bəhs olunub.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB