Gəncədə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 1961-ci il təvəllüdlü şəxs (kişi) 16.10.2026-cı il tarixində saat 23:00 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunub.
SİA xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, vəziyyəti ağır qiymətləndirilən pasiyentin aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 23.10.2026-cı il tarixində saat 18:10 radələrində bioloji ölüm faktı qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB