Ermənistan sükut günü qeyd edir

Ermənistan sükut günü qeyd edir

Ermənistanda 25 oktyabrda keçiriləcək yerli seçkilərdən əvvəl, səsvermədən bir gün əvvəl sükut günü elan edilib.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu sükut günündə hər hansı seçkiqabağı təşviqat qəti qadağandır. Televiziyada, radioda və ya internetdə namizədlərin lehinə və ya əleyhinə təbliğat materiallarının və çağırışların yayılması qadağandır. Əvvəllər yerləşdirilən təşviqat plakatları yerində qalacaq, lakin yeniləri qadağandır.

Seçkilər 25 oktyabrda aşağıdakı yaşayış məntəqələrində keçiriləcək: Ararat vilayətindəki Artaşat; Armavir vilayətindəki Armavir və Araks; Geğarkunik vilayətindəki Qavar, Martuni və Vardenis; Kotayk vilayətindəki Hrazdan, Tsaghkadzor və Garni; Şirak vilayətindəki Artik və Axuryan; Sünik vilayətindəki Goris və Meğri; Vayots Dzor vilayətindəki Yeğeqnadzor, Vayk və Cermuk; Tavuş vilayətindəki İcevan və Dilijan; və Lori vilayətindəki Stepanavan.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə